AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın vəfatı ilə əlaqədar Şərq-Qərb İnstitutunun adından Sizə ən səmimi başsağlığımızı yetiririk. O, Azərbaycanın indiki və gələcək nəsilləri üçün dövlət quruculuğu irsini qoyubdur. Biz atanızın əsas natiq kimi iştirak etdiyi bir neçə tədbiri maliyyələşdirmək şərəfinə nail olmuşduq. Onun uzaqgörənliklə praktikliyi tarazlaşdırmaq bacarığı daim heyrət doğurmuşdur.
Biz Azərbaycan xalqı və rəhbərliyi ilə işləməyi səbirsizliklə gözləyirik və dövlət başçısı kimi mühüm vəzifənizdə Sizə müvəffəqiyyətlər arzulayırıq. Ümidvar olduğumuzu bildiririk ki, Şərq-Qərb İnstitutu gələcək illərdə Sizə və hökumətinizə kömək göstərə biləcəkdir.
Səmimiyyətlə Sizin,
Con Edvin Mroz,
Şərq-Qərb İnstitutunun prezidenti
və təsisçisi,
Martti Ahtisaari,
Corc F.Rassell,
Şərq-Qərb İnstitutunun həmsədrləri.
Nyu-York, 18 dekabr 2003-cü il.