AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanızın - əfsanəvi, sülhsevər, bütün ömrünü öz xalqına xidmətə həsr etmiş insan, ölkənin siyasi və ideoloji həyatının lideri, dərin zəka sahibi, böyük natiq, gözəl təşkilatçı və ilhamverici Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı xəbəri bütün dünya ictimaiyyətini dərindən kədərləndirmişdir.
Biz, Vətənin qədirbilən övladları, sevimli şəhərimizin adını daşıyan “Bakı-Palas” restoranının həmrəy kollektivi Sizə və bizim hamımıza üz vermiş kədər qarşısında baş əyirik. Sizə səmimi qəlbdən dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin.
Heydər Əlirza oğlu dərin məhəbbətlə qəlbimizdə daim yaşayacaqdır.
“Baku-Palace”, “Apsheron” restoranlarının kollektivi,
şirkətin prezidenti Mixail Davıdov
Nyu-York, 12 dekabr 2003-cü il.