AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz fəxr edirik ki, Heydər Əliyev sarsıntılar və ağır sınaqlar dövründə öz xalqı ilə birlikdə olmuşdur. O, Cənubi Qafqazda müharibəni dayandırdı və bununla da minlərlə öz həmvətəninin həyatını qoruyub saxladı. Heydər Əliyevin azad Vətənimiz qarşısında xidmətləri böyükdür. Onlardan başlıcası Azərbaycanın müstəqilliyi, ölkənin daxilində sabitlik, dövlətin beynəlxalq aləmdə nüfuzudur.
Azərbaycanın hörmətli Prezidentinə - Heydər Əliyevin oğlu və varisi İlham Heydər oğlu Əliyevə, habelə onun doğmalarına və yaxınlarına dərin hüznlə və səmimiyyətlə başsağlığı veririk. İndi keçirdikləri çox böyük kədəri onlarla bölüşürük. Əziz Heydər Əliyevin nurlu xatirəsi qəlbimizdə həmişəlik yaşayacaqdır. Ruhu şad olsun, Allah rəhmət eləsin!
Umumrusiya Azərbaycan Konqresinin
Primorye diyar regional şöbəsi
Vladivostok, 19 dekabr 2003-cü il.