AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dərin hörmət bəslədiyim atanızın – Heydər Əlirza oğlu Əliyevin vəfatı barədə kədərli xəbəri böyük ürək ağrısı ilə qarşıladım. Həqiqətən bu böyük insanla məni çoxillik səmimi və təmənnasız dostluq telləri bağlayırdı və mən bu dostluqla hədsiz fəxr edirdim. Mənim üçün heç vaxt bu dostluqdan əziz heç nə olmayıbdır. Azərbaycanın və bütün Azərbaycan xalqının bu kədərli günlərində mən Heydər Əliyevin nurlu xatirəsi qarşısından dərin ehtiramla baş əyirəm və ağır, əvəzsiz itki ilə əlaqədar Sizə, ailənizə, doğmalarınıza və yaxınlarınıza, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və dərdinizə şərik çıxıram.
Öz Vətəninə son dərəcə sadiq, bütün ömrünü Azərbaycan xalqına sədaqətlə xidmətə həsr etmiş ümummili lider Heydər Əliyevin obrazı həyatımın son günlərinədək qəlbimdə yaşayacaqdır.
Səid Qurbanov,
Dərbənd Şəhər Şurasının sədri.