AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Dağıstan Respublikası Dərbənd rayonunun Vəlikənd kəndindəki Əziz Əliyev adına aqrofirmanın idarə heyəti Sizə dərin hüznlə başsağlığı verir. Müəssisəmiz Böyük Vətən müharibəsinin çətin illərində Dağıstan Respublikasına rəhbərlik etmiş, respublikanın əhalisini faşist Almaniyası üzərində Böyük Qələbənin təşkilinə səfərbər edə bilmiş insanın adını daşıyır.
Çox sevdiyimiz və hörmət bəslədiyimiz insanın – Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbərini biz kədərlə və ürək ağrısı ilə qarşıladıq.
Hörmətli İlham Heydər oğlu! Biz bu əvəzsiz itkinin kədərini Sizinlə bölüşürük və Sizə, yaxınlarınıza və doğmalarınıza möhkəm cansağlığı və Azərbaycan xalqına tərəqqi arzulayırıq.
Z.Abdullayev,
Əziz Əliyev adına aqrofirmanın idarə
heyətinin sədri.