AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Möhtərəm Prezident cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar kədərlənərək, ABB şirkətlər qrupu adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm. Cənab Heydər Əliyev Azərbaycan Respublikasına çətin bir dövrdə rəhbərlik edərək, onun iqtisadi inkişafına nail olmuşdur.
Mən onunla olan görüşlərimi çox böyük məmnuniyyətlə hələ də xatırlayıram. Bu görüşlərdə biz Azərbaycan Respublikasının energetika sektorunun inkişaf etdirilməsi planlarını müzakirə etmişik. Biz Prezident Heydər Əliyevin şəxsi qayğısı və xeyir-duası ilə iki böyük layihədə - 1 nömrəli Bakı İstilik-Elektrik Mərkəzinin və “Şimal” DRES-in tikilməsində iştirak etmişik.
Bir daha dərin hüznlə başsağlığımı qəbul edin.
Dərin hörmətlə,
Bruno Berqqren
İsveçrənin “ABB Asea Braun Boveri Ltd”.
şirkətlər qrupunun 1-ci vitse-prezidenti
Sürix, 23 dekabr 2003-cü il