AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının atası, çox hörmətli və unudulmaz Prezident Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə və Azərbaycan xalqına səmimi başsağlığı verirəm. Heydər Əlirza oğlunun Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi, Azərbaycan cəmiyyətinin birləşməsi və onun iqtisadi tərəqqisi xəttini dəstəklədiyimə əmin ola bilərsiniz.
Heydər Əlirza oğlunun Azərbaycan üçün yüksəkixtisaslı kadrlar hazırlanması ilə bağlı uzaqgörən və müdrik siyasəti sayəsində mən, M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun üçüncü kurs tələbəsi, 1973-cü ildə təhsilimi davam etdirmək üçün Drezden Texniki Universitetinə göndərilmiş və 1974-cü ildə onu əla qiymətlərlə bitirmişəm. Heydər Əlirza oğlunun tələbəsi kimi bu yardıma görə dərin minnətdarlıq hissini qəlbimdə əbədi yaşadacağam.
Xalqımız üçün bu ağır və faciəli gündə mən xəyalən Sizinləyəm və Prezidentimiz, çox hörmətli Heydər Əlirza oğlunun xatirəsi qarşısında baş əyirəm.
F.B Qasımov
Almaniyanın “KASUS” şirkətinin icraçı direktoru
Lüdviqshafen, 15 dekabr 2003-cü il.