AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Biz bilirik ki, bu müdrik insan respublikada etnik qrupların milli, mədəni inkişafı üçün hər cür şərait yaratmış və xaricdəki bütün Azərbaycan diasporunu eyni bir ümummilli ideya ətrafında birləşməyə çağırmışdır.
Onun vətəninə, xalqına göstərdiyi xidmətlər hədsizdir. O müstəqil Azərbaycan Respublikasının qurucusu və xilaskarı olmuş, xalqını, vətənini qəlbən sevmiş və müstəqil Azərbaycanı bütün dünyaya tanıtmışdır.
Biz əminik ki, dünyaya Heydər Əliyev kimi bir oğul bəxş edən xalq, dünyasını dəyişmiş oğlunun həllinə macal tapmadığı problemlərin tədricən həllinə çalışacaq və müstəqil Azərbaycan Respublikasının daha da inkişafı üçün var qüvvəsini sərf edəcəkdir.
Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Amerikadakı Azərbaycan yəhudilərinin qəlbində həmişə yaşayacaqdır.
Qoy müstəqil Azərbaycan Respublikasının gündən-günə inkişafı, tərəqqisi onun ruhunu daim şad etsin.
Nyu-York şəhərində fəaliyyət göstərən
“Azərbaycan yəhudiləri” cəmiyyəti
Nyu-York, 15 dekabr 2003-cü il.