AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə, ölkənın bütün vətəndaşlarına dərin hüznlə başsağlığı verirəm.
Azərbaycanın iqtisadiyyatda və mənəvi həyatda əldə etdiyi nailiyyətlər, ölkənin öz tarixinin dönüş mərhələsində dirçəlişi və inkişafı, beynəlxalq birlikdə dövlətin nüfuzunun artması Heydər Əlirza oğlunun adı ilə sıx bağlıdır.
Heydər Əlirza oğlu Müstəqil Dövlətlər Birliyinin qardaş ölkələri və xalqları arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə, qədim Qafqaz torpağında sülhün və mehriban qonşuluq əlaqələrinin yaranmasına misilsiz töhfə vermişdir.
Heydər Əlirza oğlu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyəndə, eləcə də sonrakı illərdə onunla bir neçə dəfə görüşmüşəm və həmişə də onun mühakimələrinin müdrikliyinə, yüksək intellektinə, böyük şəxsi cazibədarlığına əmin olmuşam.
Heydər Əlirza oğlu ilə vida günlərində Sizin övladlıq kədərinizi bölüşürəm.
Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
V.P. Şerbakov
Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının
sədri
Moskva, 17 dekabr 2003-cü il.