AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar dərin hüznlə səmimi başsağlığı verim.
MDU-nun fəxri professoru Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının təşəkkülünə və inkişafına, Azərbaycanın və keçmiş Sovet İttifaqının təhsil, elm və mədəniyyətinin inkişafına çox böyük töhfə vermişdir.
Moskva Universiteti Heydər Əlirza oğlu Əliyevin universitetimizə göstərdiyi çox böyük diqqəti xatırlayır və yüksək qiymətləndirir. Moskva Universiteti Heydər Əlirza oğlu Əliyevin xatirəsini əbədi yaşadacaq və xalqlarımız arasında dostluğun möhkəmlənməsi və inkişafı üçün bütün lazımi işləri görəcəkdir.
Səmimi başsağlığımızı qəbul edin.
Azərbaycan Respublikasının xalqına uğurlar və firavanlıq arzulayırıq.
Viktor Sadovniçi
Moskva Dövlət Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki
Moskva, 15 dekabr 2003-cü il.