AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan xalqının böyük oğlu Heydər Əlirza oğlu Əliyevin vaxtsız vəfatı ilə əlaqədar “Krasnı Krest” Beynəlxalq Xeyriyyə Fondunun kollektivi Sizə dərin hüznlə başsağlığı verir.
Biz Sizinlə birlikdə kədərlənirik. Bizi, şübhəsiz, əfsanəvi və hamının hörmət bəslədiyi bir insan tərk etdi. Azərbaycan öz millətinin dahi oğlunu itirdi. O, Azərbaycan xalqının arxa-dayağı və ümidi idi.
Hörmətlə,
“Krasnı Krest” Beynəlxalq Xeyriyyə
Fondunun kollektivi
Sankt-Peterburq, 15 dekabr 2003-cü il.