AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizin atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük sarsıntı ilə aldım. Bu kədərli hadisə ilə əlaqədar Sizə və ailənizə dərin hüznlə başsağlığı verirəm.
Azərbaycan şəxsiyyəti bütün xalq tərəfindən yüksək qiymətləndirilən görkəmli oğlunu itirmişdir. O, böyük insan və sədaqətli vətənpərvər idi. Azərbaycanda bugünkü sabitlik və tərəqqi onun sayəsində bərqərar edilmişdir.
Mənə bu böyük şəxsiyyətlə və Sizinlə görüşmək səadəti nəsib olmuşdur. Bakıdakı həmin görüşlər ölkənin beynəlxalq iqtisadi inkişafa qoşulması məsələlərinə həsr edilmişdi.
Təəssüf ki, o vaxt mənə ofis açmaq müyəssər olmadı, lakin mən yenidən Azərbaycanın tərəqqisi naminə onun energetikasının inkişafı üçün sərmayə qoymağa hazıram.
Hörmətli Prezident, bir daha Sizə səmimi qəlbdən dərin hüznlə başsağlığı verirəm. Sizə böyük ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
Arsalan Purhəsən
Fransa sahibkarı.