AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan xalqının dayağı və Qafqaz bölgəsində sabitliyin təminatçısı sayılan Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar Cənabınıza, Azərbaycan dövlətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.
Ümidvaram ki, böyük şəxsiyyət olan mərhum atanızın əlaqələrimizin inkişafı sahəsində göstərdiyi səylər və Cənabınızın müdrikliyi, uzaqgörənliyi sayəsində iki ölkə arasındakı münasibətlər daha da dərinləşərək möhkəmlənəcəkdir.
Mahmud Vaezi,
İranın Strateji Araşdırmalar Mərkəzinin Xarici
siyasət və beynəlxalq əlaqələr şöbəsi
rəisinin müavini.