AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Böyük dövlət adamı, gözəl insan, dəyərli dostum Prezident Heydər Əliyevin vəfatı xəbərini kədər hissi ilə öyrəndim. Sovet İttifaqının dağılmasından sonra böhranlı bir dövrdə bir çox təhlükəyə sinə gərərək, Azərbaycanın varlığını qorumaq üçün böyük bacarıq nümayiş etdirən bu şəxsiyyəti tarix iftixarla yad edəcəkdir. Türk dünyası mümtaz bir şəxsiyyətini itirmişdir. Ancaq o, ən böyük əsəri olan Azərbaycanın simvoluna çevrilərək, könüllərdə yaşayacaqdır.
Mərhuma Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına, Azərbaycan xalqına və türk dünyasına səbir arzu edirəm.
professor, doktor Heydər Baş
Müstəqil Türkiyə Partiyasının sədri.
19 dekabr 2003-cü il.