AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Dəyərli böyük dövlət adamı, Azərbaycanın müstəqilliyinin memarı, beynəlxalq siyasətdə mühüm yer tutmuş, dünyada sülhə töhfə vermiş, bütün həyatı boyunca xalqların qardaşlığına çalışmış, dünyanın ən çətin və strateji bölgəsində yerləşən, Xəzər dənizinin sərvətlərinə malik olan Azərbaycanı dünyada mühüm ölkələr arasına daxil etmiş hörmətli Heydər Əliyevin aramızdan getməsi Azərbaycan xalqı başda olmaqla bütün dünya xalqlarını dərindən yaralamışdır.
Ailə üzvləri və yaxınları başda olmaqla, bütün Azərbaycan xalqına başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirəm.
Bu, hamımızın dərdidir.
Xəlil Bulut
Rumıniyanın “RoStar” şirkətinin prezidenti
15 dekabr 2003-cü il.