AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Əminəm ki, Özbəkistanla Azərbaycan arasında yaranmış dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da davamlı şəkildə inkişaf edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm.
Hörmətlə,
İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti