AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Dövlət müstəqilliyi gününün 16-cı ildönümü münasibətilə Vyetnam xalqı adından və şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasındakı əlaqələrdə bir çox müsbət irəliləyişlər əldə edilmişdir. İnanıram ki, yaxın gələcəkdə Vyetnam və Azərbaycan arasındakı ənənəvi münasibətlər, çoxtərəfli və qarşılıqlı faydalı əməkdaşlıq xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək, Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyim münasibətilə göndərdiyiniz səmimi təbriklərə görə Sizə təşəkkür edirəm.
Azərbaycan xalqına tərəqqi və xoş güzəran, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə böyük uğurlar arzulayıram.
Nquyen Minh Triet
Vyetnam Sosialist Respublikasının Prezidenti