Azərbaycan-Rumıniya voleybol oyunu başlayıb
Bakı, 25 may, AZƏRTAC
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyununu keçirir.
AZƏRTAC xəbər verir ki, yığmamız Azərbaycan Voleybol Mərkəzində Rumıniya millisi ilə qarşılaşır.
Oyunun baş hakimi çexiyalı Vlastimil Kovardır. Ona həmyerlimiz Konstantin Selin kömək edir.
“B” qrupunda yer alan millimiz Rumıniya yığması ilə yanaşı, Gürcüstan və Danimarka seçmələri ilə birgə mübarizə aparır.