AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 4 mart (AZƏRTAC). Azərbaycan Şahmat Federasiyasından bildirmişlər ki, martın 5-dən 19-dək Çernoqoriyanın Budva şəhərində kişilər arasında Avropa çempionatı keçiriləcəkdir.
Yarışda Azərbaycanın idman şərəfini beynəlxalq dərəcəli idman ustası Asif Həsənovun rəhbərliyi ilə Eltac Səfərli, Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Rəsulov, Faiq Ələsgərov və Nicat Abbasov qoruyacaqlar.
Turnir İsveçrə sistemi üzrə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]