AZƏRBAYCAN ŞAHMATÇILARI AVROPA ÇEMPİONATINDA UĞURLA İŞTİRAK EDİRLƏR
Bakı, 10 mart (AZƏRTAC). Şahmat üzrə kişilər arasında Avropa çempionatının 4-cü turu keçirilmişdir. Çernoqoriyanın Budva şəhərində keçirilən yarışda 6 Azərbaycan şahmatçısı iştirak edir.
Rauf Məmmədov bu turda İngiltərə təmsilçisi Peter K Vells üzərində qələbə qazanmışdır. Həmyerlilərimizdən Qədir Hüseynov italiyalı Miçele Qodenanı, Faiq Ələsgərov isə Dalibor Stojanovıçi ( Bosniya və Herseqovina) məğlub etmişdir. Vüqar Rəsulov İvan Sariçlə ( Xorvatiya ), Eltac Səfərli Vladimir Akopyanla ( Ermənistan ), Vasif Durarbəyli Bartlomiej Maçiyec ( Polşa ) ilə heç-heçə oynamışlar.
Dörd turdan sonra Rauf Məmmədov, Qədir Hüseynov 3 xal, Vüqar Rəsulov, Eltac Səfərli 2,5 xal, Vasif Durarbəyli və Faiq Ələsgərov 2 xal toplamışlar.
5-ci turda Qədir Hüseynov Vasiliy Yemelinlə ( Rusiya ), Rauf Məmmədov Peter Prohajkla ( Macarıstan ), Eltac Səfərli Laurent Fressinetlə ( Fransa ), Vüqar Rəsulov Dejan Pikula ilə ( Serbiya ), Faiq Ələsgərov Zoran Arsoviçlə ( Serbiya ), Vasif Durarbəyli Dmitriy Svetuşkinlə ( Moldova ) qarşılaşacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]