AZƏRBAYCAN ŞAHMATÇISI QƏDİR HÜSEYNOVUN AVROPA ÇEMPİONU OLMAQ ŞANSI YÜKSƏKDİR
Bakı, 17 mart (AZƏRTAC). Çernoqoriyanın Budva şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatında 10-cu turun görüşləri keçirilmişdir. İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan turnirdə 305 şahmatçı iştirak edir.
Azərbaycan şahmatçısı Qədir Hüseynov bu turda Miodraq Saviçə (Serbiya) qalib gələrək liderlər qrupuna daxil olmuşdur. Liderlərdən yarım xal geri qalan Rauf Məmmədov İvan Çeparinov (Bolqarıstan) ilə heç-heçə oynamışdır. Eltac Səfərli Rusiya nümayəndəsi Vladimir Potkinlə xalları bölüşmüşdür. Faiq Ələsgərov - Vuk Aniç (Çernoqoriya) və Vasif Durarbəyli - Mikele Qoden (İtaliya) görüşləri də sülhlə başa çatmışdır. Vüqar Rəsulov isə finlandiyalı Tomi Nyubakuya uduzmuşdur.
Beləliklə, 10-cu turdan sonra hər biri 7,5 xal toplamış Q.Hüseynov (Azərbaycan), Y.Tomaşevski, E.İnarkiyev, B.Qraçov, M.Kobaliya (hamısı -Rusiya), S.Fedorçuk (Ukrayna), İ.Sokolov (Niderland), A.Naydiç (Almaniya) liderlər qrupundadır. Rauf Məmmədovun aktivində 7 xal, Vüqar Rəsulovun hesabında isə 6,5 xal vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]