AZƏRBAYCAN ŞAHMATÇISI VÜQAR RƏSULOV LİDERLƏRDƏN YARIM XAL GERİDƏDİR
Bakı, 16 mart (AZƏRTAC). Budvada (Çernoqoriya) keçirilən kişilər arasında şahmat üzrə Avropa çempionatının 9-cu turunun görüşləri olmuşdur. Həmin turda Azərbaycan şahmatçısı Vüqar Rəsulov (2391) hollandiyalı Lyuk van Veli (2625) üzərində qələbə qazanmışdır. Qədir Hüseynovun Sənan Syuqirovla (Rusiya) oyunu heç-heçə nəticələnmişdir. Eltac Səfərli Rusiya təmsilçisi Sergey Reudskonu məğlub etmişdir. Vasif Durarbəyli çernoqoriyalı Stefan Minoviçə qalib gəlmiş, Faiq Ələsgərov isə Kevanç Haznedaroğluya məğlub olmuşdur. Rauf Məmmədov Yevgeni Tomaşevski (Rusiya) ilə xalları bölüşmüşlər.
Doqquz turun nəticələrinə görə, liderlik edən üçlükdən (Ernesto İnarkiyev, İvan Sokolov və Bahadur Cobava) yarım xal geri qalan Vüqar Rəsulovun aktivində 6,5 xalı vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]