Azərbaycan samboçuları dünya çempionatında mübarizəyə başlayırlar
Bakı, 12 noyabr, AZƏRTAC
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə idman və döyüş sambosu üzrə dünya çempionatı start götürür.
AZƏRTAC xəbər verir ki, turnirdə ölkəmizi 5 idmançı təmsil edir. Belə ki, yığma komandamızın üzvlərindən Eyvaz Baxşiyev (58 kq), Mirfəttah Seyidəliyev (64 kq), Kamran Əskərov (71 kq), Abdulla Abdullayev (79 kq) və Ceyhun Hüseynov (88 kq) nüfuzlu yarışın mükafatları uğrunda mübarizə aparacaqlar.
Bu gün təmsilçilərimiz E.Baxşıyev qırğızıstanlı Azat Amanbekov ilə, M.Seyidəliyev monqolustanlı Erdenemygmar Bekhjee ilə ilk qarşılaşmalarını keçirəcəklər.
Turnirin mükafat fondu 230 min ABŞ dolları təşkil edəcək. Belə ki, birinci yerin sahibi 4, ikinci yeri tutan 3, üçüncü yerdə qərarlaşan samboçu isə 2 min ABŞ dolları alacaq.
Yarışda 50 ölkədən samboçular iştirak edirlər. Turnir noyabrın 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]