Azərbaycan Turizm İnstitutu daha bir beynəlxalq quruma üzv seçilmişdir
Bakı, 5 mart (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) ötən ilin noyabrında Dünya Turizm Təşkilatının (DTT) önəmli qurumlarından sayılan “Bilik Şəbəkəsi” Komitəsinə üzv olmaq üçün rəsmən müraciət etmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sənəddə bu ali təhsil ocağı ilə bağlı məlumatlar - yaranma tarixi, məqsəd və əsas prinsipləri, beynəlxalq təşkilat və qurumlarla əlaqələri, DTT-yə qoşulmuş üzv kimi “Bilik Şəbəkəsi” Komitəsinin uğurlu fəaliyyətinə dair təkliflər zərfi barədə geniş məlumat verilmişdir.
ATİ-nin DTT-nin “Bilik Şəbəkəsi”nə üzv seçilməsi ilə bağlı instituta qurumun səlahiyyətli nümayəndəsi İgnacio Rosun imzası ilə məktub daxil olmuşdur. Beləliklə, Azərbaycan Turizm İnstitutu daha bir beynəlxalq quruma üzvlük hüququ qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]