Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səyahət etdikləri beş ölkə sırasındadır
Bakı, 27 mart (AZƏRTAC). Türkiyə Statistika Təşkilatının məlumatına görə, Azərbaycan qardaş ölkə vətəndaşlarının xaricə səyahətlərində ən çox seçdikləri beş ölkə arasındadır.
AZƏRTAC Türkiyə KİV-inə istinadla xəbər verir ki, qardaş dövlətdən xaricə ölkələrə səyahətə gedənlərin 43 faizi hava yolu, 50 faizi avtomobil yolu, 7 faizi isə dəniz və dəmiryolundan istifadə etmişlər.
Məlumata görə, Türkiyə vətəndaşlarının xarici ölkə səyahətlərində ən çox seçdikləri ölkələr Gürcüstan, Bolqarıstan, Yunanıstan, Azərbaycan və Almaniya olmuşdur. Turistlər həmin ölkələrdə orta rəqəmlə 13 gün qalmışlar.
Qardaş Türkiyənin vətəndaşları həmin ölkələrə ən çox gəzmək, idman və mədəniyyətlə bağlı tədbirlərdə iştirak etmək məqsədilə səyahət etmişlər. Səyahətə gedənlərin mühüm bir hissəsi səyahətlərini fərdi şəkildə, az hissəsi isə tur-paket vasitəsilə həyata keçirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]