Azərbaycan və gürcü xalqları arasında dini-mənəvi sahədə əlaqələr müzakirə olunub
Tbilisi, 21 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tbilisidəki nümayəndəsi hacı Əli Əliyev Gürcüstanın Katolikos-Patriarxı II İlya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə II İlya QMİ-nin sədri Allahşükür Paşazadəni anadan olmasının 70, şeyxülislam kimi fəaliyyətinin 40 illiyi münasibətilə təbrik edib. O, Allahşükür Paşazadəni mənalı ömrünü Qafqazda davamlı sülhün, əmin-amanlığın bərqərar olmasına həsr etmiş görkəmli din xadimi kimi səciyyələndirib. Bildirib ki, Allahşükür Paşazadənin bütün dinlər arasında sülhsevərlik, dözümlülük, birgəyaşayış, bərabərlik və humanizm kimi dəyərlərin qorunub saxlanılması, eyni zamanda, Gürcüstan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətləri olub.
Görüşdə xalqlarımız arasında dini-mənəvi sahədə münasibətlər, Gürcüstanda yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanda məskunlaşmış gürcülərə yaradılan şərait, onların inteqrasiyası, dinlərarası əlaqələr və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2023 [17:19]
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
- 27.07.2023 [16:29]
İƏT Quranın nüsxələrinin yandırılması ilə bağlı fövqəladə iclas keçirəcək
- 21.07.2023 [16:04]