AZƏRBAYCAN VƏ İSVEÇRƏ PREZİDENTLƏRİNİN MƏTBUAT KONFRANSI
Bern, 19 oktyabr (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Hans-Rudolf Mertsin mətbuat konfransı olmuşdur.
Əvvəlcə İsveçrə Prezidenti Hans-Rudolf Merts və Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdilər.
Daha sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.