Azərbaycan XİN: Ermənistan tərəfi məqsədə yönələrək hərəkət etmir
Bakı, 28 fevral, AZƏRTAC
Ermənistan tərəfi məqsədə yönələrək hərəkət etmir. O bunu nə qədər tez anlasa və hərəkətlərini dəyişsə, bu prosesə o qədər də fayda verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə fevralın 28-də keçirdiyi birgə mətbuat konfransında danışıb.
Münaqişəsonrası münasibətlərin nizamlanması sahəsində işlərin görülməkdə olduğunu bildirən Azərbaycanın xarici işlər naziri əlavə edib: “Bu konteksti nəzərə alaraq biz gələcəkdəki real nəticələrə hədəflənmişik. Biz əlimizdəki bütün alətlərdən istifadə etməyə çalışırıq, hazırda onlayn diplomatiya ilə məşğul oluruq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]