AZƏRBAYCAN XOKKEYÇİLƏRİ AVROPA KUBOKU YARIŞLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Bakı, 13 mart (AZƏRTAC). Bu il xokkey üzrə Avropa Kuboku yarışlarında Azərbaycanı dörd klub - qadınlardan ibarət “Atasport” və “Bakı”, kişilərdən ibarət “Atasport” və “Akkord” klubları təmsil edəcəkdir.
Qadınlardan ibarət “Atasport” klubu qadın xokkeyi üçün əsas Avropa Kuboku yarışlarında - mayın 29-dan iyunun 1-dək Hollandiyanın Hertogenbos şəhərində keçiriləcək Çempionlar Kuboku turnirində çıxış edəcəkdir. Komandamız Avropanın ən güclü komandaları - yerli “Hertogenbos”, İngiltərənin “Slou” və Belçikanın “Royal Antverp” klubları ilə birlikdə “A” qrupunda yarışacaqdır.
Qadınlardan ibarət digər klubumuz isə aprelin 9-12-də Avstriyanın Vels şəhərində keçiriləcək Çellenc Kuboku yarışlarında yerli “Vels” və Yunanıstanın “Afenyani” klubları ilə birlikdə “B” qrupunda çıxış edəcəkdir.
Kişilərdən ibarət “Atasport” klubu isə martın 28-31-də Portuqaliyanın Louzada şəhərində nəzərdə tutulan Çellenc-2 yarışlarında iştirak edəcəkdir. Azərbaycan xokkeyçiləri “B” qrupunda yerli “Louzada” və “Lamas”, habelə Sloveniyanın “Pliva Lipovsı” komandaları ilə qarşılaşacaqlar.
“Akkord” isə “Tebu” (İsveç), “Keçioren” (Türkiyə) və “Moravska Toplitse” (Sloveniya) komandaları ilə birlikdə Çellenc-4 turnirində iştirak edəcəkdir. Yarışlar mayın 29-dan iyunun 1-dək Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]