Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan yaxın illərdə şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər – Məqalə

Azərbaycan yaxın illərdə şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər – Məqalə

Naxçıvan, 6 may, AZƏRTAC

“Bölgələrdən AZƏRTAC üçün yazırlar”: İqtisadçı-jurnalist Mətin Abbaslının Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən "Azərbaycanın yeni şəhər strategiyası: 2026 sadəcə “il” deyil, modelin elanıdır" sərlövhəli məqaləsini təqdim edirik.

2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilk baxışda yalnız mədəni və ya simvolik təşəbbüs təsiri bağışlaya bilər. Lakin mövcud faktlar və beynəlxalq kontekst sübut edir ki, bu qərar dövlətin urbanizasiya siyasətini keyfiyyətcə yeni mərhələyə daşımaq, şəhərsalmanı strateji inkişafın mərkəzinə çevirmək və ölkənin qlobal mövqeyini möhkəmləndirmək məqsədi daşıyır. Bu baxımdan, məsələ sadəcə memarlıq estetikası ilə məhdudlaşmır, bura iqtisadi artım, sosial rifah, postmünaqişə dövrünün yenidənqurma işləri və beynəlxalq imic siyasəti kimi fundamental istiqamətlər daxildir.

Azərbaycanın şəhərsalma siyasətinə analitik yanaşdıqda aydın görünür ki, bu sahə artıq texniki-planlaşdırma çərçivəsindən çıxaraq dövlət siyasətinin əsas sütunlarından birinə çevrilib. Mütəxəssislər qeyd edirlər ki, müasir dövrdə şəhərlərin görünüşü və funksionallığı ölkələrin inkişaf səviyyəsinin əsas göstəricilərindən biri hesab olunur. Bu mənada Azərbaycan son illərdə həyata keçirdiyi layihələrlə urbanizasiya sahəsində uğurlarını açıq şəkildə nümayiş etdirir.

Tarixi kontekstdə baxdıqda, Azərbaycanın şəhərsalma ənənələrinin İpək Yolu üzərində formalaşmış şəhər mədəniyyətinə söykəndiyi görünür. Bu şəhərlər yalnız iqtisadi deyil, həm də mədəni və siyasi mərkəzlər kimi inkişaf edib və bu amil milli memarlıq kimliyinin formalaşmasında mühüm rol oynayıb. Müasir dövrdə isə bu irs sadəcə qorunmur, həm də yeni texnoloji və estetik yanaşmalarla yenidən interpretasiya olunur. Xüsusilə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə şəhərsalmanın institusional əsaslarının qoyulması bu gün tətbiq olunan modelin fundamentini təşkil edir.

2026-cı ilin fərqləndirici cəhəti ondan ibarətdir ki, şəhərsalma artıq təkcə mövcud şəhərlərin inkişafı ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr bu sahədə tamamilə yeni yanaşmanın tətbiqinə imkan yaradıb. Postmünaqişə zonasında şəhərlərin sıfırdan qurulması urbanistika baxımından nadir təcrübə hesab olunur. Beynəlxalq müşahidələr göstərir ki, bu ərazilərdə aparılan işlər “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı planlaşdırma prinsiplərinə əsaslanır.

Eyni zamanda, bu proses yalnız işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Azərbaycanın digər regionlarında, xüsusilə də Naxçıvan Muxtar Respublikasında şəhərsalma siyasəti yeni mərhələyə qədəm qoyub. Son illərdə Naxçıvan şəhəri daxil olmaqla, muxtar respublikanın bir neçə şəhəri üzrə baş planların hazırlanması istiqamətində işlər aparılır. Bu planlar şəhərlərin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, infrastruktur, yaşayış zonaları, ictimai məkanlar və ekoloji balansın sistemli şəkildə qurulmasını nəzərdə tutur. Həmçinin biz bura Naxçıvanda tarixi abidələrin bərpasını və Möminə Xatun türbəsinin restavrasiyasını əlavə edə bilərik.

Bununla paralel olaraq, Naxçıvanda ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də şəhərsalma siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Bu sahədə həyata keçirilən tədbirlər, o cümlədən nəqliyyatın optimallaşdırılması, yeni marşrutların təşkili və xidmət keyfiyyətinin artırılması birbaşa olaraq urban həyatın keyfiyyətinə təsir göstərir. Məhz bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamlar regionlarda, o cümlədən Naxçıvanda müasir nəqliyyat infrastrukturunun formalaşdırılmasını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edir.

Digər mühüm məqam Azərbaycanın bu prosesi beynəlxalq platformaya daşımaq strategiyasıdır. 2026-cı ildə Bakının BMT-nin Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkəmizin bu sahədə qlobal diskursun fəal iştirakçısına çevrildiyinin bariz göstəricisidir. Bu seçimin təsadüfi olmaması Azərbaycanın təqdim etdiyi modelin artıq yalnız daxili inkişaf nümunəsi kimi deyil, həm də beynəlxalq səviyyədə tətbiq oluna bilən urbanistika konsepsiyası kimi qəbul edilməsindən qaynaqlanır.

Bu modelin əsas xüsusiyyətlərindən biri tarixi irs ilə müasirliyin paralel inkişafıdır. Məsələn, Şuşa şəhərində aparılan bərpa işləri göstərir ki, memarlıq yalnız fiziki mühitin deyil, həm də kollektiv yaddaşın bərpasıdır. Digər tərəfdən, Bakı kimi şəhərlərdə həyata keçirilən müasir layihələr şəhər həyatının keyfiyyətini artırmağa yönəlib. Bununla yanaşı, Azərbaycanın şəhərsalma siyasətində balans məsələsi də aktuallığını qoruyur. Paytaxtın sürətli inkişafı ilə regionların inkişafı arasında tarazlığın təmin olunması dövlət strategiyasının əsas prioritetlərindən biri kimi çıxış edir və Naxçıvan kimi regionlarda aparılan sistemli işlər bu balansın praktik təzahürüdür.

Nəticə etibarilə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin göstəricisidir. Bu təşəbbüs şəhərsalmanı yalnız fiziki məkanın təşkili kimi deyil, milli inkişafın, sosial rifahın və beynəlxalq nüfuzun əsas alətlərindən biri kimi təqdim edir. Əgər bu proses düzgün kommunikasiya və analitik yanaşma ilə müşayiət olunarsa, Azərbaycan yaxın illərdə şəhərsalma sahəsində regional deyil, qlobal nümunə kimi çıxış edə bilər.

Müxbir- Nail Əsgərov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində II Beynəlxalq Aqrar İnnovasiya Forumu panel müzakirələri yekunlaşıb

Müdafiə Nazirliyinin rəhbərliyi birgə taktiki-xüsusi təlimin gedişatını izləyib

Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub

Azərbaycanın sədrliyi ilə keçirilən BNF-in İllik Sammiti işini başa çatdırıb

İkinci Dünya müharibəsi iştirakçısı 100 yaşı münasibətilə ziyarət edilib

Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb

SOCAR tərəfindən IP-nin səhmlərinin alınması prosesi tamamlanıb

Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu Afrika ölkələri ilə ticarət əlaqələrinin inkişafı üçün yeni imkanlar açır

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans

“Neftçi” basketbol klubunda baş məşqçi dəyişikliyi ola bilər

Regionda davamlı sülhün qurulması üçün hadisələrə tarixi kontekst çərçivəsində yanaşmaq vacibdir - ŞƏRH

Mayın 11-i "802 Qaynar Xətt"i vətəndaşlara xidmət göstərəcək

“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans

FAO: Apreldə qlobal ərzaq qiymətləri indeksi artıb

Məhkumlara hüquqi yardım göstərilib

Şəhərsalma ilə bağlı ictimai dinləmənin nəticələri aidiyyəti dövlət qurumlarına təqdim olunacaq

Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaqla, həm də uşaqlığıma, gəncliyimə qayıtdım

İtaliya Azərbaycanın maraqlarını müdafiə edən əsas dövlətlərdən biridir – ŞƏRH

BDU-da “Azərbaycan” auditoriyası açılıb

AFFA Premyer Liqa və avrokuboklarda iştirak üçün lisenziya verilən klubların siyahısını açıqlayıb

Müasir silahlar, zirehli texnika və yüksək hazırlıqlı şəxsi heyət – Media nümayəndələri Azərbaycan Ordusunun imkanları ilə tanış olublar VİDEO

Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub

Premyer Liqa: “Zirə” “İmişli” ilə oyunda vacib xallar itirib

Tarixçi-alim: Bakının “Qəhrəman şəhər” adına layiq görülməməsi tarixi ədalətsizlikdir

Vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması məsələlərinə nəzər salınıb

Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb

Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib

SOCAR: Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf kursunda milli enerji strategiyası xüsusi yer tutur

“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Handpan ifaçısı: İfa etdiyim melodiyaları ərş adlandırıram VİDEO

Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb

“Caspian Agro Week” sərgisində Aqronomların II Beynəlxalq Forumu keçirilib

Yaroslav Kovalçuk: Azərbaycan məhsulları haqlı olaraq yüksək keyfiyyəti ilə seçilir

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

Müdafiə Nazirliyində media nümayəndələri ilə təlim-treninq təşkil olunub VİDEO

“İşləyən və təxsis (bron) edilmiş hərbi vəzifəlilərin sayı haqqında” 6 №-li illik statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2018-ci il 11 dekabr tarixli 51/01 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Marko Rubio: Ukrayna münaqişəsinin həlli üzrə danışıqlar dayanıb

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib

AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək

Dövlət Sərhəd Xidməti Akademiyasının 15 illik yubiley buraxılışı olub

Qlobal buğda istehsalı bu il 2 faiz azalacaq

Gənc pianoçu Beynəlxalq Muğam Mərkəzində çıxış edəcək

Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

Cənub bölgəsində ekoloji tarazlıq antropogen təsirlər nəticəsində pozulur – tədqiqat

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

Naxçıvanda futzal üzrə “Heydər Əliyev Kuboku”nda 20 komanda mübarizə aparacaq

Şakira futbol üzrə 2026-cı il dünya çempionatının mahnısının anonsunu edib

AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər

İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” - Forum

“Müasirlik və arxaika”: Elmir Mirzəyevin kitabı folklorşünasların tədqiqat müstəvisində

Samuxda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Türkiyə Prezidenti: “SAHA Expo 2026”da 8 milyard dollarlıq ticarət həcminə nail olunub

Botsvananın sabiq Prezidenti 86 yaşında vəfat edib

ABB İslam maliyyəsi ilə bağlı məhsulunu təqdim etməyə hazırlaşır

ABŞ-nin İran yük gəmisinə endirdiyi zərbə nəticəsində beş dənizçi itkin düşüb

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

Səfir: Belarus ilə Azərbaycan arasında ərzaq məhsullarının qarşılıqlı tədarükü 1,5 dəfə artıb

Voleybolçularımız Avropa Liqasına necə hazırlaşırlar? – Təlim-məşq toplanışından REPORTAJ

Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Bolqarıstanda yeni hökumət formalaşıb

Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

Gürcüstanda hüquq-mühafizə orqanlarının 5 əməldaşı həbs olunub

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob VİDEO

Cənubi Qafqazda yeni iqtisadi reallıq: Azərbaycanın enerji siyasəti regionda sabitliyi gücləndirir - AÇIQLAMA

BMT Kanaki ilə bağlı Fransaya xəbərdarlıq edib

Myanmada 2,2 kiloqram ağırlığında yaqut tapılıb

İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium

AZƏRTAC-da Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

“Əl Ərəbiyə”: Səudiyyə Ərəbistanı hücum hərbi əməliyyatları üçün öz hava məkanından istifadəyə icazə verməyib

Ekspert: Pik saatlarda yüklənmə probleminin azaldılması üçün ictimai nəqliyyat düzgün şaxələndirilməlidir

® “AccessBank” “AmCham” və “Neurotime” süni intellekt hakatonu təşkil edir

Azərbaycan xalqının arxa cəbhədə qələbəyə verdiyi töhfələr misilsizdir - ŞƏRH

Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb

Azərbaycanı U-17 Avropa çempionatında təmsil edəcək güləşçilər bəlli olub

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Xınalıqda yenə qar yağır - FOTO  VİDEO

Xınalıqda yenə qar yağır - FOTO VİDEO

Bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

“Qarabağ”ın futbolçusuna 8, məşqçisinə 6 oyunluq cəza verilib

Naxçıvanda Ümummilli Liderin doğum gününə həsr olunmuş şahmat turnirinin qalibləri bəlli olub

Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələr investorlar üçün əlverişli biznes mühiti formalaşdırır

® “Expressbank”da Beynəlxalq Talassemiya Gününə həsr olunmuş qanvermə aksiyası

Marko Rubio: ABŞ İrandan bu gün cavab alacağını gözləyir

Türk xalqları folklorunda ortaq komik personajlar - elmi seminar

Qəzzanın bərpası onilliklərlə çəkə bilər: cəmi 1 faiz təmizlik işi aparılıb

“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub

Abbas Əraqçi: ABŞ diplomatik həll yoluna deyil, hərbi macəraya üstünlük verir

Qəbələdə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ VİDEO

Anaklaudia Rossbax: Azərbaycan WUF13-də həm regionun tərəfdaşlarını bir araya gətirir, həm də öz təcrübəsini ortaya qoyur - MÜSAHİBƏ VİDEO

Dövlət müəssisələrinin bazar davranışlarının tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb

BƏƏ Müdafiə Nazirliyi: İranın raket və dron hücumları nəticəsində üç nəfər yaralanıb

Veteranlar arasında minifutbol turnirinin qalibləri mükafatlandırılıb

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

® “Vistar” Mükəmməllik Mərkəzində ikinci dalğanın “Məzun günü” keçirilib

Şabranda vətəndaşların müraciətləri dinlənilib

Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium