Azərbaycanda II Sığorta Festivalı keçiriləcək
Bakı, 14 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosunun (İSB) birgə əməkdaşlığı çərçivəsində ikinci dəfə Sığorta Festivalı təşkil olunacaq.
AZƏRTAC ASA-ya istinadla xəbər verir ki, festival 17 avqust-7 sentyabr tarixləri aralığında respublikamızın 5 müxtəlif şəhərində təşkil olunacaq. Festivala avqustun 17-də Bakı şəhərində Dənizkənarı Milli Park ərazisində start veriləcək və ardıcıl olaraq 24 avqust Naxçıvan, 30 avqust Sumqayıt, 31 avqust Lənkəran və 7 sentyabr Gəncə şəhərlərində baş tutacaq.
Tədbir ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin iştirakı ilə təşkil olunacaq. Festival çərçivəsində sığorta maarifləndirməsi prosesi əyləncəli şoular, musiqili proqramlar və hədiyyəli yarışmaların müşayiətilə aparılacaq. Layihənin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması və onların sığorta xidmətlərinə cəlb olunmasının təşviq edilməsindən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:38]
İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub
- 07.08.2026 [17:28]
Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib
- 07.08.2026 [17:12]
Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq
- 07.08.2026 [16:33]
Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub
- 07.08.2026 [16:12]