Azərbaycanda iqlim dəyişikliyinin kosmosdan ölçülməsi ilə bağlı ilk dəfə xüsusi platforma hazırlanıb
Bakı, 5 aprel, AZƏRTAC
Bu gün biz "Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş "İqlim dəyişikliyinə kosmosdan baxış" platformamızı geniş ictimaiyyətə təqdim edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə "İqlim dəyişikliyinə kosmosdan baxış" tədbirində jurnalistlərə açıqlamasında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.
O bildirib ki, iqlim dəyişikliyinin izlənilməsində kosmosdan müşahidə çox önəmlidir. Hazırda dünya üzrə 160-dan çox kosmik aparatda iqlim dəyişikliyinin ölçülməsi üçün cihazlar var.
“İqlim dəyişikliyi ilə bağlı məlumatların 60 faizdən çoxu məhz kosmik aparatlardan gəlir. Bütün bunları nəzərə alaraq, iqlim dəyişikliyinin kosmosdan ölçülməsi ilə bağlı ölkəmizdə ilk dəfə xüsusi platforma hazırlamışıq", - deyə S.Əsədov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]