Azərbaycanda islahatlar milli iqtisadiyyatın gələcəyinə inam doğurur
Sumqayıt, 3 dekabr (AZƏRTAC). “Tərəfdaşlıq əlaqələri çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi ilə əlaqədar tez-tez Sumqayıtda oluruq. Bu səfərlər zamanı şahidi olduğumuz dəyişikliklərin dinamikasına görə Azərbaycan bizi yaxşı mənada heyrətləndirir. Bu islahatlar sizin ölkənin iqtisadiyyatının gələcəyinə inam doğurur”.
Almaniyanın Lüdviqshafen şəhərinin kommunal təsərrüfat departamentinin direktoru Klaus Nouşvender AZƏRTAC-ın müxbirinə bu sözləri Sumqayıt İcra Hakimiyyətində keçirilən görüş başa çatdıqdan sonra söyləmişdir. Departament rəhbəri demişdir: “Lüdviqshafen Sumqayıtla fəal əməkdaşlıq edir. Bizim mütəxəssislər sistematik olaraq buraya səfər edirlər. Ölkənin rifahı naminə quruculuqla məşğul olan və respublikanın uğurları ilə fəxr edən insanların üzünə baxanda başa düşürsən ki, bu ölkənin əsas resursu məhz qonaqpərvər Azərbaycan xalqıdır”.
Qonağın sözlərinə görə, son illərdə Sumqayıtın siması sözün hərfi mənasında göz qabağında dəyişir. Tikinti işlərinin geniş vüsət aldığını qeyd edən Klaus Nouşvender vurğulamışdır ki, Sumqayıtın rəhbərləri şəhərin inkişaf perspektivlərini ekologiya ilə iqtisadiyyatın vəhdəti şəklində nəzərdən keçirirlər.
.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]