Azərbaycanda sinoptiklərin təsəlliverici proqnozu
Nəhayət, hava sərinləşəcək
Bakı, 20 avqust (AZƏRTAC). Son iki həftədə Azərbaycanda anomal istilər keçib. Ölkə rayonlarının əksəriyyətində termometrin civə sütunu 40 dərəcəni göstərib, bəzi rayonlarda isə temperatur 43 dərəcəyədək qalxıb.
AZƏRTAC-ın verdiyi xəbərə görə, sinoptiklər qeyd edirlər ki, havanın temperaturu indiki dövr üçün iqlim normasından orta hesabla 3-4 dərəcə yüksəkdir.
Bu gün Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında jurnalistlərə bildiriblər ki, yay mövsümü başlanandan indiyədək Azərbaycanın paytaxtında 35 adam günvurma ilə əlaqədar stansiyanın həkimlərinə müraciət edib.
Ötən gün Bakı təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına günvurma ilə əlaqədar iki çağırış daxil olub.
Göstərilən dövrdə Bakıda günvurma nəticəsində ölümlə nəticələnən hadisə qeydə alınmayıb.
Günvurmadan qaçmaq üçün tibb işçiləri əhaliyə uzun müddət açıq havada olmamağı və daha çox su içməyi tövsiyə edirlər.
Sinoptiklər qarşıdakı günlər üçün təsəlliverici proqnoz verirlər. Onların məlumatına görə, cümə axşamından termometrin civə sütunu 3-4 dərəcə aşağı enəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]