Azərbaycanda uşaqlar arasında COVID-19-a yoluxma halları artıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda uşaqlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov nazirliyin instaqram hesabında "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusundakı çıxışı zamanı deyib.
Həkim-mütəxəssis bildirib ki, böyüklərin əksəriyyəti peyvənd olunduğu halda, çox az uşaq və ya yeniyetmə vaksin vurdurub: "Həmçinin məktəblər açıldığı üçün uşaqlar arasında ünsiyyət də artıb və bu, koronavirusa yoluxma riskini artırıb. Təkcə Azərbaycanda deyil, dünya ölkələrində də uşaqlar arasında COVID-19-a yoluxma ehtimalı və faktı artmaqdadır. Onu da qeyd edim ki, ölkədə yenidoğulmuşlar arasında da COVID-19-a yoluxanlar var. Hər yaş qrupunda, o cümlədən kiçik yaşlı uşaqlarda koronavirus infeksiyasını ağır keçirənlər mövcuddur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]