Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA YENİ TƏDRİS İLİ BAŞLANMIŞDIR

Sentyabrın 15-də - Bilik günündə Bakı məktəbliləri yay tətilindən sonra əllərində gül-çiçək sevimli təhsil ocaqlarına yollanmışlar. Şəhərin minlərlə balaca sakini isə bu il ilk dəfə məktəbə qədəm qoymuşdur.

AZƏRTAC xəbər verir ki, Bilik günü münasibətilə bütün təhsil müəssisələrində təntənəli mərasimlər keçirilmişdir.

Səbail rayonunun Badamdar qəsəbəsindəki 236 nömrəli orta məktəbdə 2008-2009-cu tədris ilində 2100 şagird təhsil alacaqdır. Təhsil ocağının həyətində 640 şagird yerlik yeni tədris korpusu tikilmiş, müasir avadanlıqla təmin olunmuşdur. Məktəbdə yeni kompyuter sinfi fəaliyyətə başlamışdır.

Kollektivin qazandığı uğurlardan danışan 236 nömrəli orta məktəbin direktoru Xanlar İmaməliyev qeyd etmişdir ki, 2007-2008-ci tədris ilində məktəbi bitirmiş məzunların 73-ü ali məktəblərə qəbul olunmuş, onlardan 7-si 600-dən çox bal toplamışdır. Keçən tədris ilində məktəbin 3 şagirdi respublika, 4-ü isə Bakı şəhər fənn olimpiadalarında uğur qazanmış, rayon icra hakimiyyəti tərəfindən aylıq təqaüdlərə layiq görülmüşlər.

Rayonun tanınmış təhsil ocaqlarından olan 190 nömrəli məktəb bu il özünün 63-cü dərs ilinə başlayır. Bilik gününə həsr olunmuş tədbiri açan 190 nömrəli məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova yeni tədris ilində məktəbin birinci sinfinə 110 şagird qəbul olunduğunu bildirmişdir. A.Bakıxanova vurğulamışdır ki, keçən tədris ilinin yekunlarına görə, məktəbin kollektivi böyük uğurlar qazanmışdır. Bunun nəticəsidir ki, 72 məzun ali məktəblərə qəbul olunmuş, onlardan 9-u 600-dən, 5-i isə 650-dən çox bal toplamışdır. Bu il Moskvada 36 ölkənin nümayəndələrinin qatıldıqları “Beynəlxalq Rus dili Olimpiadası”nda iştirak edən Azərbaycan nümayəndələri arasında olan 190 nömrəli məktəbin şagirdləri 1-ci və 2-ci yerləri tutmuşlar.

Nərimanov rayonunda şəhid Dilqəm Nəbiyev adına 178 nömrəli orta məktəbin şagirdlərini dərs ilinin başlanması münasibətilə təbrik edən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov həyata keçirilən təhsil proqramından, yeni məktəb binalarının tikintisindən və əsaslı təmir işlərindən danışmışdır. 1432 şagirdin təhsil aldığı 178 nömrəli məktəbdə bu il 15 sinif otağından ibarət 3 mərtəbəli tədris korpusu tikilmişdir. Bununla da məktəbdə 48 sinif otağı şagirdlərin ixtiyarına verilmişdir. Bu dərs ilində 135 şagird birinci sinfə qədəm qoymuşdur.

304 nömrəli məktəb-liseyin yerləşdiyi binanın 105 illik tarixi vardır və artıq 85 ildir təhsil ocağı kimi fəaliyyət göstərir. Məktəb binası bu il yenidən qurulmuşdur. 560 şagirdin oxuduğu təhsil ocağında bu il 40 şagird birinci sinfə qədəm qoymuşdur.

Yeni dərs ili Sabunçu rayon ictimaiyyəti, müəllimləri və məktəbliləri üçün də əlamətdar olmuşdur. Rayonun Bakıxanov qəsəbəsindəki 271 nömrəli məktəbdə 720 şagird yerlik əlavə korpus tikilmiş, 74, 94, 187, 71, 68 nömrəli məktəblər əsaslı təmir olunmuşdur.

271 nömrəli məktəbdə keçirilən mərasimdə çıxış edən rayon İcra hakimiyyətinin rəhbərliyi, müəllimlər və qonaqlar bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəblərin maddi-texniki bazası gücləndirilmişdir. Yeni tədris ilində rayonun Sabunçu, Kürdəxanı qəsəbələrində məktəblər üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Birinci sinfə qədəm qoyanlar üçün bu il daha əlamətdar olmuşdur. Onlar dərslərini yeni istifadəyə verilən korpusda keçəcəklər.

Suraxanı rayonundakı 226 nömrəli məktəbin şagirdləri də yeni dərs ilinə əsaslı təmir olunan binada başlamışlar. Bilik gününə həsr olunan mərasimdə şagirdləri Milli Məclisin deputatları və məktəbin müəllim kollektivi təbrik etmişdir. Vurğulanmışdır ki, bu il məktəbin 72 məzunu qəbul imtahanlarında ən yüksək nəticə göstərmişdir. Rayon ərazisində qəza vəziyyətində olan məktəblər üçün yeni binalar tikilmiş, köhnə təhsil ocaqları əsaslı təmir olunmuşdur. Müxtəlif proqramlar üzrə 4 yeni məktəb binası tikilmişdir. 97, 280 nömrəli məktəblərdə əlavə korpuslar inşa olunmuşdur. 226, 228 və 278 nömrəli məktəblərdə isə əsaslı təmir işləri aparılmışdır.

Nizami rayonundakı 62 nömrəli məktəb-liseydə yeni dərs ilinin başlanması ilə əlaqədar şagirdlərlə görüş keçirilmişdir. Görüşdə Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri xüsusi vurğulanmışdır. Nizami Rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev bildirmişdir ki, müəllim və şagirdlərin müasir tələblərə cavab verən yeni məktəblərlə təmin olunması dövlətin təhsilə verdiyi önəmin bariz nümunəsidir.

Bilik günü münasibətilə Nəsimi rayonunun 151, 8 və 28 nömrəli məktəblərində təntənəli tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək birinciləri təbrik etmişlər. Bildirilmişdir ki, Nəsimi rayonunun bütün təhsil ocaqları əsaslı təmir olunmuş, tədris ocaqları yeni avadanlıq və texniki vəsaitlərlə təchiz edilmişdir. Tədbirin sonunda birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur.

15 sentyabr - Bilik günü Xətai rayonunun 171, 98, 204 və 261 nömrəli orta məktəblərində bir sıra tədbirlərlə yadda qalmışdır. 116 nömrəli orta məktəbdə yeni korpusun açılışı olmuşdur. Tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov şagird və müəllimləri təbrik edərək bildirmişdir ki, rayonun əsaslı təmirdən çıxan bütün təhsil müəssisələri yeni tədris ilinə tam hazırdır.

Bundan əlavə, yeni tədris ilinin ilk dərs saatlarına baxış keçirilmişdir. Qeyd olunmuşdur ki, rayonun yüksək balla ali məktəblərə daxil olan məzunları şagirdlərə nümunə olmalıdır.

Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 166 nömrəli məktəb-liseydə 18 sinif otağından ibarət 360 şagird yerlik əlavə korpus istifadəyə verilmişdir. Mərasimdə rayon İcra hakimiyyətinin başçısı Hüseyn İsrafilov, Milli Məclisin deputatları təhsilə dövlət qayğısını xüsusilə vurğulamışlar. Əlavə tədris korpusu ən müasir avadanlıqla təmin olunmuş, müxtəlif fənlər üzrə laboratoriyalar yaradılmışdır.

Müşfiqabad qəsəbəsindəki 274 nömrəli məktəb də əsaslı təmir olunmuşdur. 3 mərtəbəli 1140 şagird yerlik məktəb kompyuter avadanlığı, əyani vəsait və digər ləvazimatlarla təmin edilmişdir.

Səngəçal qəsəbəsindəki 222 nömrəli məktəbin də əsaslı təmirdən sonra açılışı olmuşdur. 1957-ci ildə inşa olunan təhsil ocağında təmir işləri ilk dəfə aparılmışdır. Məktəbdə müasir qazanxana, istilik sistemi quraşdırılmışdır. İkimərtəbəli 29 sinifdən ibarət bu təhsil ocağı ən müasir avadanlıqla təchiz edilmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgisi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

® TOP-50 transmilli şirkət və beynəlxalq holdinq “AZEXIM CLUB”a qoşulur

Azərbaycan və Birləşmiş Krallıq arasında ticarət əlaqələri genişlənir: yeni hədəflər

İyunun 17-19-da bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacaq – XƏBƏRDARLIQ

AZAL Bakı-Şımkent marşrutu üzrə ilk müntəzəm reysini həyata keçirib

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

Şuşa yeni geosiyasi düşüncənin formalaşdığı mühüm beynəlxalq məkana çevrilib ŞƏRH

® “Unibank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub

Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

İlk dəfə keçiriləcək paraüzgüçülük üzrə Azərbaycan çempionatına 30-a yaxın idmançı qatılacaq

SOCAR: 2030-cu ilədək bərpaolunan enerjinin payı 38 faizə çata bilər

Anar Kərimov: İslam İnkişaf Bankı Azərbaycanın etibarlı tərəfdaşıdır

Məcnun Məmmədov: Azərbaycanın aqrar inkişaf strategiyasının gələcəyi rəqəmsallaşma və şəffaflıq prinsipləri üzərində qurulub

Dövlət Baxçalı: TÜRKPA qardaş türk dövlətləri arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb edir

Ermənistanın məktəb dərsliklərində nifrət nitqi və tarixi saxtalaşdırmalar sistemli xarakter daşıyır

Nazir müavini: Azərbaycan İslam maliyyəsi üzrə regional mərkəzə çevrilmək imkanına malikdir

Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur

Münaqişə başa çatdı, neft ucuzlaşdı

Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq

Nəriman Paşayev: İqlim dəyişmələri dağ yollarında geoloji təhlükələri artırır

Psixoloq: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqları kibertəhdidlərdən qismən qoruya bilər

Nizami rayonunda 12 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Dövlət Proqramı azad olunmuş ərazilərdə qabaqcıl kənd təsərrüfatı praktikalarının tətbiqini hədəfləyir VİDEO

Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var

Paytaxt məktəbliləri “Şahin” hərbi-idman oyununun final mərhələsinin qalibi olublar

İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir

Sosial Xidmət mərkəzlərində “Motivasiya görüşləri”nə start verilib

Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir

Şəhidlərin övladları üçün 5-ci “YAŞAT” düşərgəsi başlayıb

Moskvada Azərbaycanın “Yeləni” kəlağayı brendi təqdim olunub

Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar

Prezident İlham Əliyevlə Niderlandın Baş naziri arasında telefon danışığı olub

Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Nazir: Azərbaycan hazırda dünya üzrə fındıq istehsalında 4, xurma istehsalında isə 2-ci yerdə qərarlaşıb

Tunis Respublikasının Prezidenti Kays Sayiddən

Komitə sədri Şuşada vətəndaşların müraciətlərini dinləyib

Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən 40-dan çox təşkilat Avropa Parlamentinin qarşısında etiraz aksiyası keçirib

Azərbaycanda mobil internetin sürəti 31 faizədək artıb

Ənənəvi əkindən süni intellektə: Aqrar sektorda yeni Dövlət Proqramı nə vəd edir? – ŞƏRH

“ACWA Power”: Texnologiyaların tətbiqi və insan kapitalının inkişafı enerji keçidində mühüm əhəmiyyət daşıyır

® “Bakcell” “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub

Əjdaha qayıqları yarışı və “Zongzi” əfsanəsi: ADU-da Çin festivalı barədə mühazirə oxunub

Mustafa Eleskandarani: Mərkəzi Asiya və Qafqazın Şərqlə Qərb arasında körpü rolu növbəti 5 ildə daha da güclənəcək

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzTU professoru Türkiyədə ustad dərsləri keçib

Türkiyənin Adana şəhərində Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən “Köhnə çamadanlar” filmi nümayiş etdirilib

Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib VİDEO

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti RƏY

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada zəlzələ olub

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır