Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında Xocalı soyqırımına həsr olunan fotoguşə yaradılıb
Tbilisi, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında Heydər Əliyev Fondunun və səfirliyin birgə təşkilatçılığı ilə Xocalı soyqırımına və Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan fotoguşə yaradılıb, Xocalı soyqırımına aid filmin nümayiş olunan böyük ekran quraşdırılıb.
AZƏRTAC xəbər verir ki, səfir Faiq Quliyev, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, SOCAR-ın Gürcüstan nümayəndəliyinin üzvləri, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, təşkilatın üzvləri, eləcə də yüzlərlə insan guşəni ziyarət edib, Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb, guşənin qarşısına gül dəstələri düzüb və şamlar yandırıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi