Azərbaycanın növbəti turizm nümayəndəliyi İstanbulda açılacaq
Bakı, 27 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm imkanlarının Türkiyədə tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Azərbaycanın İstanbulda turizm nümayəndəliyi fəaliyyətə başlayacaq. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi ilə İstanbul şəhərində fəaliyyət göstərən “Gateway” şirkəti arasında razılıq əldə olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 29-da İstanbul şəhərində turizm nümayəndəliyinin rəsmi açılışı ilə bağlı tədbir keçiriləcək. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin Azərbaycan və Türkiyə turizm şirkətləri və mehmanxanalarının nümayəndələrinin iştirakı planlaşdırılır.
Tədbirin sonunda Azərbaycanda fəaliyyət göstərən böyük mehmanxanaların və “Formula-1” yarışmasının Qran-pri mərhələsinin təqdim etdiyi biletlərə əsasən viktorinalar keçiriləcək.
Qeyd edək ki, artıq Azərbaycanın turizm nümayəndəliyi BƏƏ, Almaniya və Rusiyada fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]