Azərbaycanın turizm agentliklərinin nümayəndələri Türkiyənin termal turizm təsislərində olmuşlar
İstanbul, 3 yanvar (AZƏRTAC). Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə Azərbaycanın 11 turizm agentliyinin təmsilçiləri qardaş ölkənin Bursa və Afyon şəhərlərindəki termal turizm təsisləri ilə tanış olmuşlar.
TİKA-dan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın turizm şirkətlərinin nümayəndələri termal təsislərdə hidroterapiya müalicə metodları ilə yaxından tanış olmuş, mehmanxana və sanatoriyaların rəhbərləri ilə görüşmüşlər. Görüşlərdə Türkiyənin bu sahədə zəngin təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi məsələləri müzakirə olunmuş, qardaş ölkənin termal turizm təsislərinə daha çox turist göndərilməsi üçün əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılmışdır.
Oqtay Bayramov,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]