Azərbaycanın turizm potensialı İstanbulda keçiriləcək Beynəlxalq turizm sərgisində nümayiş olunacaqdır
Bakı, 1 yanvar (AZƏRTAC). Azərbaycanın turizm potensialı yanvarın 30-dan fevralın 2-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “EMİTT- 2014” Beynəlxalq turizm sərgisində nümayiş olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə 70 kvadratmetr sahədə respublikamızın turizm imkanlarını əks etdirən pavilyon quraşdırılacaqdır. Sərginin ziyarətçilərinə və tədbirin iştirakçılarına paylanmaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanmışdır.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın turizm şirkətləri 2003-cü ildən başlayaraq artıq on ikinci dəfədir ki, “EMİTT” Beynəlxalq turizm sərgisində iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]