Azərbaycanın turizm potensialı Moskvada nümayiş olunacaqdır
Bakı, 17 mart (AZƏRTAC). Martın 19-dan 22-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək “MİTT-2014” beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 84 kvadratmetrlik pavilyon quraşdırılacaqdır. Sərginin ziyarətçilərinə və tədbirin iştirakçılarına paylanmaq üçün rus və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanmışdır.
Sərgidə Azərbaycanda fəaliyyət göstərən 18 turizm şirkətinin və otelin təmsilçiləri də iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]