Azərbaycanın U-16 millisinin baş məşqçisi: Futbolçularımız Rusiya ilə oyunda xarakter göstərdilər
Qəbələ, 4 oktyabr, AZƏRTAC
Rəqibi yaxşı təhlil etmişdik, amma alınmadı. Bu cür oyunla məğlub olmaq həqiqətən də çox üzücüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Aqil Nəbiyev III MDB Oyunlarında Rusiyaya 2:3 hesabı ilə məğlub olduqları final oyunundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəblərini açıqlayıb: “Futbolçuların fiziki durumları ilə bağlı problemlərimiz var idi. Onları çox yükləyə bilmirik. Beynəlxalq təcrübəmiz də azdır. Bu səbəbdən əsasən də son dəqiqələrdə tab gətirə bilmədik. Rəqib futbolçular ard-arda qollar vurduqdan sonra komandamız ruhdan düşdü. Əslində hər iki hissədə futbolçularımız verilən tapşırıqları yerinə yetirə bildilər. Onları təbrik edirəm. Sözün əsl mənasında xarakter göstərdilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]