Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda monakolu həmkarı ilə görüşüb VİDEO
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində Monakonun xarici işlər və əməkdaşlıq naziri Gilles Tonelli ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazirlər ikitərəfli münasibətləri, eləcə də qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.