Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Azərbaycanlı böyük tibb bacıları Ankara Universitetində təcrübə keçir

Ankara, 4 sentyabr, AZƏRTAC

Ankara Universiteti Azərbaycanın səhiyyə sisteminin inkişafına dəstək məqsədilə “Tibb bacısının səviyyəsinin yüksəldilməsi proqramı”na start verib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bu proqramın həyata keçirilməsinə fəal dəstək verir.

“Tibb bacısının səviyyəsinin yüksəldilməsi proqramı” Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış əməkdaşlıq Protokolu əsasında hazırlanıb və onun icrası Türkiyənin bu universitetinin Tibb bacısı fakültəsinə həvalə edilib.

Təşəbbüs çərçivəsində Azərbaycanın müxtəlif tibb müəssisələrindən 15 böyük tibb bacısı Türkiyə paytaxtına gəlib.

Proqramın açılışında çıxış edən Ankara Universitetinin rektoru Necdet Ünüvar qardaş ölkələr arasında müxtəlif istiqamətlərdə, o cümlədən tibb sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Rektor bildirib ki, son dörd ildə Ankara Universiteti qardaş Azərbaycanın tibb müəssisələri ilə təcrübə və bilik mübadiləsi aparır. O əlavə edib: “Keyfiyyətli səhiyyə” sözünü eşidəndə, ilk növbədə, ağlınıza peşəkar, təcrübəli tibb işçiləri gəlir. Söhbət təkcə həkimlərdən deyil, həm də tibb bacılarından, texniki heyətdən və başqalarından gedir. Onların işində peşəkarlıq çox önəmlidir. Əks halda, uğurlu tibbi xidmət və müalicə zənciri qurmaq mümkün deyil”.

N.Ünüvarın sözlərinə görə, koronavirus pandemiyası zamanı Türkiyə güclü tibbi xidmətlər zəncirini qura və sınaqdan keçirə bilib. “Yüksəkixtisaslı kadrlara və yaxşı texniki bazaya sahib ola bilərsiniz, lakin tam uğur qazanmaq üçün siz həm də düzgün təşkilati sxem qurmalısınız. Türkiyə bütün bunlara nail olub və öz təcrübəsini dost və qardaş ölkələrlə bölüşməyə hazırdır. Biz Azərbaycanın səhiyyə sisteminin uğurlu inkişafına verdiyimiz töhfədən məmnun qalacağıq”, -deyə rektor bildirib.

Daha sonra çıxış edən Ankara Universitetinin Tibb bacısı fakültəsinin dekanı, professor Ayfer Tezel “Tibb bacısının səviyyəsinin yüksəldilməsi proqramı”nın diqqətlə hazırlandığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycandan olan tibb bacıları nəzəri biliklərlə yanaşı, paytaxtın İbn Sina və Cebeçi adına xəstəxanalarında praktiki kurs keçəcəklər. “Böyük tibb bacısı vəzifəsi təkcə geniş klinik bilik və bacarıqlar deyil, həm də effektiv rəhbərlik, işin qurulması üçün aydın baxış və strategiya tələb edir”, -deyə Tezel vurğulayıb.

Dekan ümidvar olduğunu bildirib ki, sentyabrın 13-dək davam edəcək təlim proqramı Azərbaycanda xəstələrə xidmətin keyfiyyətinin yüksəldilməsinə və tibbi xidmətlərin davamlılığına kömək edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 4-cü iclasında təmsil olunacaq

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi: Yarış çox həyəcanlı keçdi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib

Moskvada BRICS ölkələrinin media sammiti başa çatıb

® Media nümayəndələri “Bakcell”in Formula 1 stendini ziyarət ediblər

Azərbaycan MDB iştirakçısı Dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

Sentyabrın 16-da bəzi yerlərdə leysan yağacaq

Türkiyə səfiri: Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərin gələcəyi üçün yol xəritəsi və yeni müttəfiqliyin bəyanı oldu

Formula 2 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıb

Biləsuvar sakinlərindən qanunsuz saxlanılan odlu silahlar götürülüb

Bakıda Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışının qalibi bəlli olub

Azərbaycan Qran-Prisinin ikinci günü J Balvinin konserti ilə yekunlaşıb

Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib YENİLƏNİB

“Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub

Prezident İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib YENİLƏNİB

Türkiyə XİN Bakının işğaldan azad olunmasının ildönümü münasibətilə xalqımızı təbrik edib

Bakı şəhərinin azad edilməsi Azərbaycan xalqının həyatında tarixi hadisədir

Qəbələdə narkokuryerlər saxlanılıb

Azərbaycan xalqı Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını heç vaxt unutmayacaq

Formula 2 Azərbaycan Qran-Prisinin əsas yarışı başlayıb

Formula 1 Azərbaycan Qran-Prisində “Yaşıl Post” yenidən quraşdırılıb

Prezident İlham Əliyev milli bayram münasibətilə nikaraqualı həmkarını təbrik edib

Nikaraqua Respublikasının Prezidenti Zati-aliləri cənab Daniel Orteqa Saavedraya

Çin “Yaqi”dən sonra daha bir güclü qasırğanı “qarşılamağa” hazırlaşır

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Türk dünyasının Bakı Zəfəri – Turan yolunun başlanğıcı

Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bu gün Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək

Göygöldə yük maşını qəza törədib, xəsarət alanlar var

Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyənləşdiriblər

Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir

Bu il 132 mindən çox uşaq birinci sinfə gedəcək

Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir

Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb

Azərbaycanda İkinci Sığorta Festivalının təntənəli bağlanış mərasimi keçirilib

XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənilir

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 81 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 82 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 79 saylı müraciətə baxılmasına dair
 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 83 saylı müraciətinə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 80 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 12 sentyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Müharibə dövründə Ukrayna 3700-ə yaxın əsiri geri qaytarıb

Azərbaycan taekvondoçuları Latviyada keçirilən turnirdə 13 medal qazanıblar

AHİK sədri “Naftalan” Kurort Birliyində olub, mövcud vəziyyətlə maraqlanıb

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

FIA prezidenti: Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq

Şəmkirdə piyadanı maşın vuraraq öldürüb

Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır

Naxçıvanda “DƏSTƏK” Fondu tərəfindən 778 570 manat vəsait xərclənib

Serbiyada məcburi hərbi xidmət 75 gün olacaq

Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib

Dövlət Su Ehtiyatları Agentliyi Formula 1 yarışları ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub

Göygöldə ilk dəfə “Moruq Festivalı” keçirilir - YENİLƏNİB VİDEO

Ağdərədə FHN-in avtomobili qəzaya düşüb, ölən və yaralananlar var

Formula 1 Azərbaycan Qran-Prisi: Uill Smit paddokda görünüb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turnirinin açılış mərasimi keçirilib VİDEO

Premyer Liqa: “Şamaxı” doğma meydanda “Sumqayıt”ı məğlub edib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb

Oskar Piastri: Bakı treki çox yaxşı təsir bağışladı

"Ferrari"nin pilotu: Azərbaycan Himni mənə güc verir

Küləkli hava şəraiti ilə bağlı “sarı” xəbərdarlıq verilib

Türkiyədə iki il istifadə olunmayan əkin sahələri dövlət tərəfindən icarəyə veriləcək

Ölkəmizin milli-mədəni dəyərləri Antalyada nümayiş etdirilir VİDEO

Sıralama turunun qalibi: Bakının çətin trek olduğunu etiraf etməliyəm

Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Xəbərdarlıq: Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış daha üç nəfərin şikayətlərinə baxılıb

Gənc musiqiçi: Fortepianoda ifa etdiyim zaman sanki başqa bir aləmdə oluram

Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb

Ər-Riyadda keçiriləcək “Foodex Saudi-2024” beynəlxalq sərgisində Azərbaycan məhsulları təqdim ediləcək

Horner: Hər bir mənfiliyin müsbət tərəfi də var

Çinin müdafiə naziri: Çoxqütblü dünyanın qurulmasında bütün dövlətlər iştirak etməlidir

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turunun qalibi bəlli olub

ADNSU-da yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

42 saylı Sumqayıt birinci seçki dairəsinin 27 saylı məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək

® Hansı diplomlar tanınmayacaq?

Gürcüstan-Azərbaycan sərhədində gömrük orqanına bəyan olunmayan dərman preparatları aşkar edilib

Xəzər dənizində zəlzələ baş verib

Gömrük təmsilçiləri ilə görüşdə sahibkarların təklif və rəyləri öyrənilib

Polad Bülbüloğluna Ermitaj mükafatı təqdim olunub VİDEO

Sprint yarışının qalibi: Bakıda əldə etdiyim uğur karyerama müsbət təsir göstərəcək

“İRƏLİ” İctimai Birliyinin IX hesabat-seçki konfransı keçirilib

Köçəri mədəniyyətinin yaratdığı bayram...

MSK deputatlığa namizədliyi qeydə alınmış Qələndər Muxtarlının şikayətini təmin etməyib

Fərhad Bədəlbəyli: Sevindirici haldır ki, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı möhtəşəm xarakter alır

Formula 2: Sprint yarışının qalibi mükafatlandırılıb

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu işə başlayıb

Ermənistan Qərbdən aldığı yardımların qarşılığını nə vaxtsa ödəmək məcburiyyətində qalacaq - ŞƏRH

Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başlayıb

Polkovnik-leytenant: Ermənistanın təxribatlarının qarşısını almaq üçün Azərbaycanın hərbi gücü və siyasi iradəsi var

Samir Abbasov: Azərbaycanın milli mədəniyyəti Antalyada geniş təbliğ olunur VİDEO

"Sabah"ın FIBA Çempionlar Liqası üçün iştirak ərizəsi açıqlanıb

Müdafiə nazirinin müavini 11-ci Pekin Syanşan Forumunda iştirak edib

Mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalan azyaşlılar xilas edilib

Azərbaycanın Pakistandakı səfiri: Ölkədə iqlim baxımından ağıllı şəhərlərin yaradılması inkişaf strategiyasının tərkib hissəsidir

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib