AZƏRBAYCANLI İDMAN MÜTƏXƏSSİSLƏRİ UKRAYNA, BOLQARISTAN VƏ RUSİYADA İXTİSASLARINI ARTIRACAQLAR
Bakı, 4 mart (AZƏRTAC). Azərbaycanda idman sahəsində elmi kadrların çatışmazlığının aradan qaldırılması məqsədi ilə yerli mütəxəssislər, tələbələr xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edəcəklər. Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov demişdir.
Nazirin sözlərinə görə, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında kadrların hazırlığı istənilən səviyyədə deyil. “Buna görə də, biz əvvəlki illərdə həyata keçirdiyimiz tədbirləri bu il də davam etdirəcəyik. Bu gün bizim Bolqarıstan, Rusiya və Ukrayna ilə sıx əlaqələrimiz qurulub. Hesab edirəm ki, müəllimlər, perspektivli tələbələrin bu ölkələrdə ixtisasartırma kurslarında iştirakı, orada təhsil alması onların hazırlıq səviyyəsini artıracaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]
Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]