AZƏRBAYCANLI TƏLƏBƏLƏR BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK ETMİŞLƏR
Bakı, 13 mart (AZƏRTAC). Norveçin Tronxeym şəhərində keçirilən ənənəvi Beynəlxalq Tələbə Festivalında azərbaycanlı tələbələr də iştirak etmişlər. Bu ilki festivalın əsas mövzusu “Sülh quruculuğu” olmuşdur.
Gənclərin gələcəkdə sülh naminə fəaliyyətlərini və əməkdaşlığını dəstəkləmək məqsədi ilə keçirilən festivala dünyanın müxtəlif ölkələrindən 420-yə yaxın tələbə gəlmişdir.
İştirakçılar 15-20 nəfərdən ibarət qruplarda konkret bir mövzu ətrafında müzakirələr, fikir mübadilələri aparmışlar.
Tələbələr həmçinin festival çərçivəsində təşkil olunmuş konsertlərdə, plenar sessiyalarda, sərgilərdə iştirak etmişlər.
Plenar sessiyalarda Nobel mükafatı laureatları, tanınmış siyasətçilər mühazirələr oxumuş və tələbələri maraqlandıran sualları cavablandırmışlar.
Festival zamanı Tələbə Sülh mükafatının təltifetmə mərasimi də keçirilmişdir. Bu il mükafat Qərbi Saxaradan Rabab Amidaneyə təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]