“AZERCELL”İN 1473 STANSİYASI FƏALİYYƏT GÖSTƏRİR
“Azercell Telekom” MMC avqust ayında 20 yeni stansiyanı abonentlərinin istifadəsinə vermişdir. Stansiyalar Bakı, Abşeron, Astara, İmişli, İsmayıllı, Lerik, Qəbələ, Qobustan, Quba, Tərtər, Tovuz, Ucar və Zaqatala rayonlarının ərazilərində quraşdırılmışdır.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, ümumilikdə “Azercell”in 1473 stansiyası fəaliyyət göstərir. Bununla bərabər 2 ehtiyat abonent bazası, 15 baza stansiyalarına nəzarətçi sistemi, 16 mobil rabitə kommutasiya mərkəzi yaradılmışdır.