“Azərişıq” və “Azərenerji” birgə qanvermə aksiyası təşkil ediblər
Bakı, 13 yanvar, AZƏRTAC
“Azərişıq” ASC və “Azərenerji” ASC-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, aksiya qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib. Aksiyaya könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra iştiraklarına icazə verilib. Aksiyada 400-dən çox əməkdaş iştirak edib.
Qeyd edək ki, belə qanvermə aksiyaları mütəmadi təşkil olunur.