AZERSELL YENİ XİDMƏT NÖVÜ TƏTBİQ EDİR
Müəssisənin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əgər əvvəllər konturların yüklənməsi üçün 1001 nömrəsinə zəng edərək, avtomat operatorun təlimatlarını yerinə yetirmək lazım gəlirdisə, indi son dərəcə sadə bir üsul - konturları daha tez yükləməyə imkan verən alternativ variant təqdim olunur. Bunun üçün əvvəl *101* rəqəmini, sorna on üç rəqəmli kodu və # simvolunu yığıb, “Yes” (Bəli) düyməsini basmaqla konturların yükləndiyini təsdiq etmək lazımdır. 101 CELL xidməti operator tərəfindən dünyanın ən iri mobil rabitə şirkətlərinin istifadə etdiyi müasir USSD texnologiyası əsasında həyata keçirilmişdir.
Azercell Telekom daim artan tələbatı nəzərə alaraq, öz abonentlərinə göstərdiyi xidmətlərin çeşidini genişləndirməyə və təkmilləşdirməyə çalışır.