AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, memoranduma əsasən, universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub.
Tərəflər, həmçinin innovativ layihələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.